Soyuducu anbar sistemlərinin effektivliyi onların izolyasiya keyfiyyətindən və düzgün montajından birbaşa asılıdır.

Şirkətimiz aşağı temperatur rejimli (−40°C-dən +15°C-ə qədər) soyuducu anbarların panel montajını layihələndirmədən son təhvilə qədər həyata keçirir.

Montaj zamanı PIR və ya PUR əsaslı panellər, antibakterial səth örtükləri, eləcə də buxar izolyasiya sistemləri tətbiq olunur.
Soyuducu anbar üçün lazım olan bütün  aksesuar elementləri tam uyğunluqda quraşdırılaraq, maksimum sızdırmazlıq və enerji səmərəliliyi təmin edilir.

Soyuducu anbar sistemləri üçün yüksək izolyasiya keyfiyyətinə malik sendviç panellərin seçimi və düzgün montajı ən vacib amillərdəndir.

Qapı, döşəmə və buxar izolyasiyası sistemləri daxil olmaqla, tam kompleks montaj işlərini təhvil veririk.

Yüksək keyfiyyətli materiallar, dəqiqlik və peşəkar icra sayəsində anbarlar uzunmüddətli və effektiv işləməyi təmin edir.

Tətbiq sahələri

  • Ərzaq və içki sənayesi
  • Ət və süd məhsulları saxlanma obyektləri
  • Meyvə-tərəvəz anbarları
  • Farmasevtik soyuducu məkanlar

Üstünlüklər

  • Enerji səmərəli və təhlükəsiz həllər
  • Temperatur sabitliyinə zəmanət
  • Gigiyenik və asan təmizlənən səthlər
  • Tam sistemli layihə və montaj xidməti